"Mançester Yunayted"in futbolçusu maşın sürə bilməyəcək

"Mançester Yunayted"in futbolçusu Harri Maquayr 56 gün müddətinə sürücülük vəsiqəsindən məhrum edilib.
90plus.az xəbər verir ki, bunun səbəbi sürət həddini keçməsi olub.
Komandanın kapitanı Mançester aeroportuna gedən yolda saatda 136 km sürətlə hərəkət edib. Sürət həddi 80 km/s olduğu üçün Harri cərimə edilib. Bundan əlavə, Maquayr 666 funt sterlinq məbləğində cərimə olunub.
© Copyright 2025, All Rights Reserved