"Mançester Yunayted"in futbolçusu Səudiyyə Ərəbistanına gedir

"Mançester Yunayted"lə olan müqaviləsi gələn ilin yayında başa çatacaq Kazemiro gələcək karyerası ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "qırmızı şeytanlar"dan ayrılacaq. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kazemiro futbol həyatını Səudiyyə Ərəbistanında davam etdirməyi planlaşdırır. 33 yaşlı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubuna keçəcək.
Portuqaliyalı superulduz "Real Madrid"də birgə oynadığı sabiq komanda yoldaşını bu qərara gəlməyə inandırıb.
Xatırlatma: Kazemiro 2022-ci ilin yayında "Real Madrid"dən "Mançester Yunayted"ə transfer olunmuşdu. Braziliya millisinin üzvü cari mövsümdə Premyer Liqa klubunun heyətində 4 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved