"Mançester Yunayted"in hücumçusu getmək istəmir
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee “Roma”ya keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
90plus.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, niderlandlı forvard Roma klubunun icarə təklifini qəbul etməyib. Zirkzee İngiltərədə qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq niyyətindədir. Mançester klubu da qış transfer pəncərəsində oyunçunu satmaq istəmir.
Qeyd: Bu mövsümdə 24 yaşlı hücumçu bütün turnirlərdə 9 matça çıxıb və yalnız 1 qol vurub.
© Copyright 2025, All Rights Reserved