"Mançester Yunayted"in hücumçusu İtaliyaya gedir
"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze mövsümün sonunda klubunu dəyişə bilər.
90plus.az xəbər verir ki, futbolçunun agenti artıq "Yuventus"a müştərisinin xidmətini təklif edib.
Niderlandlı forvard bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 20 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Zirkze əsasən əvəzedici heyətdən oyuna daxil olub.
© Copyright 2026, All Rights Reserved