"Mançester Yunayted"in kapitanı maaşında artım istəyir
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş gələcək karyerası ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, portuqaliyalı ulduz klubda qalmağa hazırdır. Lakin o, yeni müqavilə üçün maliyyə şərtlərinin yaxşılaşdırılmasını istəyib. Xəbərlərə görə, yarımmüdafiəçi həftəlik maaşının 400 min funt sterlinq olmasını tələb edib.
Cari mövsümdə komandanın əsas oyunçularından biri olan Fernandeş 22 matçda 5 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved