''Mançester Yunayted"in qalibiyyət seriyası qırıldı
İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted” səfərdə “Nottinqem Forest” komandası ilə heç-heçə edib.
90plus.az xəbər verir ki, “Siti Qraund” stadionunda keçirilən matçda qonaqlar 34-cü dəqiqədə Kazemironun qolu ilə fasiləyə üstün yollanıblar. İkinci hissədə Morqan Gibbs-Uayt (48) hesabı bərabərləşdirib. Oyunun gedişi sürətləndikcə Nikolo Savona (50) “Nottinqem Forest”i önə çıxarsa da, “Mançester Yunayted” Amad Diallonun 81-ci dəqiqədə vurduğu qol ilə yenidən bərabərliyi bərqərar edib.
Qeyd olunur ki, bu nəticə “Mançester Yunayted”in Premyer Liqadakı ardıcıl 3 qələbə seriyasını dayandırıb. Hazırda komanda 17 xalla 5-ci pillədə qərarlaşıb, “Nottinqem Forest” isə 6 xalla 18-ci yerdədir.
© Copyright 2025, All Rights Reserved