"Mançester Yunayted"in sabiq futbolçuları klub aldılar

"Mançester Yunayted"in sabiq oyunçuları Devid Bekhem və Harri Nevill "Salford Siti" klubunu satın alıblar.
90plus.az xəbər verir ki, Devid Bekhem bu alış haqqında danışıb:
"Salfordda böyüyüb boya-başa çatmışam. Orada keçirdiyim illərlə bağlı çox dəyərli xatirələrim var. Bu bölgə və onun insanları futbol karyeramda əhəmiyyətli təsirə malik olublar. 'Salford Siti' yerli cəmiyyətin mərkəzində yer alır. Bu klub zəngin keçmişə sahibdir və mən onun yeni dövrünün bir hissəsi olmaqdan qürur duyuram", – deyə Bekhem qeyd edib.
© Copyright 2025, All Rights Reserved