"Mançester Yunayted"in yeni baş məşqçi bəlli oldu
Maykl Kerrik "Mançester Yunayted"in sükanı arxasına gətirildi.
90plus.az xəbər verir ki, 2021-ci ildə də o, bu vəzifəyə təyin olunmuşdu. Maykl Kerrikin “Mançester Yunayted"də müvəqqəti baş məşqçi kimi ilk təcrübəsi 2021-ci ilin noyabr ayına təsadüf edib. O, cəmi 10 gün ərzində üç oyunu əhatə edən qısa müddətli dönəmdə komandaya rəhbərlik etmişdi.
Ole Qunnar Sulşerin “Uotford”a qarşı 1:4 hesablı ağır məğlubiyyətdən sonra vəzifəsindən uzaqlaşdırılmasının ardından, artıq məşqçilər heyətində yer alan Kerrik qısa zamanda sükan arxasına keçmək məcburiyyətində qalmışdı.
Hazırlıq üçün demək olar ki, vaxtı olmayan Kerrik özünə inamı azalmış və oyun baxımından qeyri-sabit görünən komandada vəziyyəti sabitləşdirmək tapşırığını üzərinə götürmüşdü.
İddialara görə o, bu vəzifədə Ole Qunnar Sulşerlə birlikdə çalışacaq.
© Copyright 2026, All Rights Reserved