Mançini İngiltərə klubuna yazıldı

90plus.az xəbər verir ki, bir zamanlar İtaliya millisini çalışdırmış təcrübəli baş məşqçi Roberto Mançini ilə bağlı yeni iddia gündəmə gəlib. Son olaraq Səudiyyə Ərəbistanı millisini çalışdıran və 2024-cü ilin oktyabrından bəri işsiz olan Mançini İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest”la adbaad hallanır.
Postekoqlunun gedişindən sonra axtarış başladı
İddialara görə, Premyer Liqada “Çelsi”yə 0:3 hesabı ilə uduzduqdan sonra Ance Postekoqlu ilə yollarını ayıran “Nottingem Forest” rəhbərliyi komandanı təhlükəli zonadan çıxaracaq yeni baş məşqçi axtarışına başlayıb. “Daily Telegraph”ın xəbərinə görə, klub rəhbərliyi artıq Roberto Mançini ilə ilkin təmasa keçib.
Əsas namizəd Mançinidir
Hazırda Premyer Liqada düşmə xəttində qərarlaşan “Nottingem Forest”də məqsəd turnir cədvəlində yüksələrək təhlükəsiz bölgəyə keçməkdir. Bu məqsədlə klubun rəhbərliyi Mançinini baş məşqçi postu üçün 1 nömrəli namizəd kimi görür.
İtaliyalı çalışdırıcı daha əvvəl “Mançester Siti”, “İnter”, “Latsio” kimi klublarda, həmçinin İtaliya və Səudiyyə Ərəbistanı milli komandalarında da baş məşqçi kimi çalışıb.
© Copyright 2025, All Rights Reserved