Mane “Əl Nəssr”də qalır
Sadio Manenin agenti oyunçunun "Əl-Nəsr" klubunu tərk etməyəcəyini açıqladı.
90plus.az xəbər verir ki, agent Byörn Bezemer hücumçunun taleyi ilə bağlı bunları deyib:
"Sadio ilə bağlı digər klublarla heç bir görüşüm olmayıb. Onun "Əl-Nəsr" ilə mövsümə hazırlaşdığını zəmanət verə bilərəm. Ayrılmaq niyyəti yoxdur. Klub da ondan çox razıdır".
Qeyd: 32 yaşlı seneqallı futbol ulduzu Sadio Mane ötən mövsüm Səudiyyə Pro Liqasında 32 oyuna çıxıb: 13 qol, 8 assisti var.
Mənbə: Fabrizio Romano
© Copyright 2026, All Rights Reserved