Mareska xəstə deyilmiş, səbəb başqadır
Ben Ceykobsun məlumatına görə, Enzo Mareskanın “Bornmut”la oyundan sonra konfransa qatılmama səbəbi əslində xəstəlik olmayıb.
90plus.az xəbər verir ki, “Çelsi”nin baş məşqçisi matçdan sonrakı mətbuat konfransında iştirak etməmək qərarını klubdakı vəziyyətlə bağlı müxtəlif variantları dəyərləndirdiyi üçün verib. Bildirilir ki, italiyalı mütəxəssis yaxın zamanda qərarını açıqlayacaq.
Mənbənin yazdığına görə, Mareska “mavilər”in layihəsinin bəzi aspektlərindən narazılığını davam etdirir. Xüsusilə qərarvermə müstəqilliyinə təsir edən amillər və komandaya istədiyi şəkildə rəhbərlik edə bilməməsi onu ciddi şəkildə narahat edir. 45 yaşlı çalışdırıcının mövcud şərtlər altında işləməkdə çətinlik çəkdiyi vurğulanır.
Qeyd: Bundan əvvəl Fabrizio Romano və bir sıra nüfuzlu mənbələr Mareskanın postunun təhlükə altında olduğunu bildirmişdi. “Çelsi” Premyer Liqada son 8 oyunun yalnız 1-də qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved