Mariya Stadnikdən qızıl medalı "qoparan" güləşçi vəfat etdi
Qadın güləşi üzrə Olimpiya çempionu və səkkiz dəfə dünya birincisi Hitomi Obara 44 yaşında dünyasını dəyişib.
90plus.az xəbər verir ki, bu xəbəri Dünya Güləş Birliyinin (UWW) mətbuat xidməti yayıb.
Yaponiyalı idmançının ölüm səbəbi açıqlanmayıb.
Obara 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçirilən Olimpiya Oyunlarında 48 kq çəki dərəcəsində qələbə qazanmışdı. O, finalda Mariya Stadnikə qalib gəlmişdi.
2022-ci ilin sentyabrında UWW Şöhrət Zalına daxil edilən Obara, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Olimpiadaya hazırlaşan Yaponiya qadın güləş yığmasının məşqçilər heyətində yer almışdı.
© Copyright 2025, All Rights Reserved