Marko Yankoviç: “Çətin olacaq, amma iddialıyıq”
Marko Yankoviç: “Sabah bütün gücümüzü ortaya qoyacağıq”.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq “Napoli” – “Qarabağ” matçı öncəsi Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Monteneqro millisinin üzvü sabahkı oyunun yüksək tempdə keçəcəyini bildirib:
“Napoli çox güclü komandadır və İtaliya çempionu olub. Çox maraqlı oyun olacağını gözləyirik. Biz də öz oyunumuzu göstərmək üçün meydanda olacağıq. Məqsədimiz maksimumu ortaya qoymaqdır.”
Yankoviç komandasının böyük rəqiblərə qarşı oynamağa hazır olduğunu vurğulayıb:
“Böyük komandalarla matçlarda hər nəticə mümkündür. Biz çalışacağıq, çətin olacaq, amma iddialıyıq. Yeddi xalımız var və bu, böyük rəqiblərə qarşı da oynaya bildiyimizi göstərir. Ümid edirəm, sabah istəyimizə uyğun nəticə əldə edəcəyik.”
ℹ️ “Napoli” – “Qarabağ” görüşü noyabrın 25-də “Stadio Diego Armando Maradona”da, saat 00:00-da start götürəcək. Qarşılaşma İctimai TV ilə canlı yayımlanacaq.
© Copyright 2025, All Rights Reserved