Marselo “Real”ın geridönüş edəcəyinə inanır
 
                             
                         
                             
                                "Real Madrid"in 36 yaşlı sabiq futbolçusu Marselo doğma klubunun Çempionlar Liqasının yarımfinalına yüksələcəyinə inanır.
90plus.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalının ilk matçında 0-3 geri düşən Kral Kubokunun geridönüşünü mümkün hesab edir:
"Real Madrid"i heç vaxt hesabdan silmək olmaz. 3 qolluq fərq böyükdür, amma "Los Blancos"un geridönüş edəcəyinə inanıram. Cavab matçı Santiago Bernabeuda olacaq, fanatlar komandaya güclü dəstək verəcəklər. Futbolçularda da özünəinam hissi var.
Məsələ təkcə Real Madrid`in DNT-sində deyil, həmçinin oyunçuların hər gün səylə çalışmasında və əzmkarlığında, azarkeşlərin dəstəyindədir. Bunların hamısı lazımi effekti yaradır".
Qeyd: "Real Madrid" - "Arsenal" matçı sabah saat 23:00-da başlayacaq.
📰: ESPN
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved