Marselo-Ronaldo dostluğu dava ilə başlayıb

36 yaşlı braziliyalı futbolçu Marselo "Real"da yaxşı ikili olduğu, dostluq etdiyi portuqaliyalı ulduz Kriştiano ilə münasibətinin başladığı gündən danışıb.
90plus.az xəbər verir ki, bütün zamanların ən böyük sol cinah müdafiəçilərindən biri kimi qəbul edilən Marselo yoldaşlığın dava ilə başladığı günə qayıdıb:
"Kristiano ilə münasibətim Braziliya - Portuqaliya oyunundakı mübahisə ilə başladı. Çox sürətli idi, ona görə qaydanı pozdum. Onu yıxdım və qalxıb mənim yaxamdan tutdu. Mən də onun yaxasından tutmaq istədim, amma çox hündür idi. (gülür)
Sonra mesaj aldım ki, Real Madrid onu 2 aya transfer edir. Zarafatla dedim ki, gedirəm Real Madrid klubundan". (gülür)
Qeyd: Ronaldo 2018-ci ildə "Real Madrid"i tərk edəndə Marselo açıq şəkildə bunun ağır olduğunu etiraf edib və onların bağlarının klubun qızıl dövrü üçün nə qədər vacib olduğunu vurğulayıb.
© Copyright 2025, All Rights Reserved