Martinellidən ilk het-trik, “Arsenal”dan qələbə
“Arsenal” FA Kubokunda növbəti mərhələyə yüksəldi.
90plus.az xəbər verir ki, “Arsenal” İngiltərə FA Kubokunun 3-cü mərhələsində səfərdə “Portsmut”u 4:1 hesabı ilə məğlub edərək turnirdə yoluna davam edib.
Matçın əsas qəhrəmanı Qabriel Martinelli olub. Braziliyalı vinger “Arsenal”ın əsas komandasında karyerasının ilk het-trikini rəsmiləşdirərək komandasına inamlı qələbə qazandırıb:
Portsmut 1 - 4 Arsenal
Bishop 3’
Dozell 8’
Q. Martinelli 25’ 51’ 72’
Qollar: https://t.me/doxsanplus/113244
Matçla bağlı diqqət çəkən məqamlar:
FA Kubokunun 14 qat qalibi olan “Arsenal” bu qələbə ilə növbəti mərhələnin püşkatmasında yer alacaq.
© Copyright 2026, All Rights Reserved