Maskerano: "Qələbə futbolçularıma məxsusdur""
“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano MLS-in müntəzəm mövsüm oyununda “Orlando Siti” üzərində səfərdə qazanılan çətin 4:2 hesablı qələbəni şərh edib.
90plus.az xəbər verir ki, geridönüşə imza atan, Messinin dubl etdiyi oyunla bağlı mütəxəssis bunları deyib: “Bu qələbə tamamilə futbolçulara məxsusdur. İkinci hissədə onlar çempion səviyyəsində komanda kimi oynadılar. Heç bir taktika, belə şeylər yox idi. Ürəklə oynadılar, topa nəzarət etdilər, oyunun axarını ələ keçirdilər, dözümlülük və fədakarlıq göstərdilər.
Düşünürəm ki, komanda ikinci hissədə dəyişdi, çünki onlar ötən il çempion olublar. Sonda futbolçular bunu göstərdilər. Bu, onların qələbəsidir”.
© Copyright 2026, All Rights Reserved