“Matçın Adamı”na 23 kq donuz əti hədiyyə
”Bryune”nin heyətində matçın ən yaxşısı seçilən futbolçuya bu dəfə 23 kq donuz əti hədiyyə verildi.
90plus.az xəbər verir ki, komandanın 22 yaşlı yarımmüdafiəçisi Heine Asen Larsen ölkə kubokunun 1/64 finalında Varhaug ilə səfər oyununda (4:0) het-trikə imza atıb.
VİDEO: https://t.me/doxsanplus/101342
Xatırlatma: İki həftə əvvəl “Bryune”nin qapıçısı Jan de Boera “Bodo/Glimt” ilə görüşdə (0:1) inamlı çıxışına görə 4 "kletka" yumurta mükafatı verilmişdi.
Qeyd: Mükafat klubun ət və süd istehsalının üstünlük təşkil etdiyi yerli kənd təsərrüfatı ilə əlaqələrinə işarədir.
Hətta tərəfdarların matçlarda “biz fermerik və bununla fəxr edirik” şüarları tez-tez eşidilir və azarkeşlərin oyuna meydançadakı traktordan baxması üçün satışda “VIP” biletlər var.
📰: Bryne
© Copyright 2025, All Rights Reserved