“Matçın adamı”na 4 qutu yumurta
"Brüyne"nin heyətində oyunun ən yaxşısı seçilən Jan de Boera 4 "kletka" yumurta mükafatı verilib.
90plus.az xəbər verir ki, hadisə Norveç çempionatında baş verib. Norveçin cənub-qərbində Stavanger şəhərinin yaxınlığında yerləşən klub 2003-cü ildən bəri ilk dəfə ötən mövsüm yenidən yüksək səviyyəyə yüksəldi.
Komandada debüt matçına çıxan 24 yaşlı niderlandlı qapıçı son illərin çempionu "Budyo Qlimt" ilə matçda (0:1) 3 qurtarış və penaltini dəf etməklə yadda qalıb.
Hollandiyalının mükafatı? Əlbəttə ki, dörd qutu yumurta!
Mükafat klubun ət və süd istehsalının üstünlük təşkil etdiyi yerli kənd təsərrüfatı ilə əlaqələrinə işarədir.
Hətta tərəfdarların matçlarda “biz fermerik və bununla fəxr edirik” şüarları tez-tez eşidilir və azarkeşlərin oyuna meydançadakı traktordan baxması üçün satışda “VIP” biletlər var.
Ancaq gələn həftə yumurta əldə etməyə ümid edən istənilən Bryne oyunçusu məyus olacaq, çünki klub aprelin 6-da Kristiansund ilə matçın oyunçusuna yerli süd qutuları veriləcəyini söyləyib.
📰: Bryne; BBC; ESPN
Qeyd: Yeri gəlmişkən, Jan De Bur soyadı Niderland dilindən "fermer" kimi tərcümə olunur.
Əlavə: Bir vaxtlar Premyer Liqa oyunçularına matçın qalibi üçün mükafat olaraq bir şüşə şampan hədiyyə etmək adəti olub.
© Copyright 2025, All Rights Reserved