Mauro İkardi və Çina Suares nişanlandı – Vanda Naradan yeni paylaşım

"Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardi şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
90plus.az xəbər verir ki, keçmiş həyat yoldaşı Vanda Nara ilə qalmaqallı ayrılıq mərhələsi davam edərkən, İkardi bu dəfə yeni münasibəti ilə diqqət çəkib. Tanınmış hücumçu aktrisa Çina Suares ilə nişanlandığını elan edib.
İkardinin bu sürpriz paylaşımı həm azarkeşlər, həm də sosial media istifadəçiləri arasında maraqla qarşılanıb. Uzun müddətdir münasibətdə olduğu Çina Suares ilə evliliyə doğru ilk addımı atan futbolçu üzük fotosu ilə bu xəbəri rəsmi şəkildə bölüşüb.
Bu xəbərlə yanaşı, Vanda Naranın reaksiyası da gecikməyib. Repçi sevgilisi El-Qante ilə ayrıldığı bildirilən Nara sosial şəbəkələrdə ard-arda məna dolu paylaşımlar etməyə başlayıb. “Həyat davam edir və bəzən güclü olmuram, amma hər şeyi bacarmışam” deyə yazan Nara, son paylaşımında isə “O, mənim şöhrətimi sevirdi, məni isə heç vaxt həqiqətən sevmədi” sözləri ilə izləyicilərin diqqətini çəkib.
Hazırda isə ictimaiyyətin marağı bu üçlük arasında baş verəcək növbəti hadisələrə yönəlib.
© Copyright 2025, All Rights Reserved