Maykl Cordan restoranda 10 min avro bəxşiş verdi

Maykl Cordanın Yunanıstanda buraxdığı bəxşiş restoran işçilərini heyrətə gətirdi.
90plus.az xəbər verir ki, basketbol əfsanəsi Maykl Cordan Yunanıstanda istirahətdə olarkən etdiyi səxavətli hərəkətlə diqqət çəkib. O, Afinanın Vouliagmeni bölgəsində yerləşən məşhur dəniz məhsulları restoranında nahar etdikdən sonra işçilərə 10 min avro məbləğində bəxşiş verib.
Dörd günlük istirahət üçün Yunanıstana gələn Maykl Cordan burada həm də öz şəxsi geyim markası olan "Board of Greatness"in tədbirinə qatılıb. Restoranda keçirdiyi yeməkdə onunla birlikdə Luka Donçiç, Karmelo Entoni və Bam Adebayo kimi NBA ulduzları da iştirak edib.
Restoranın aşpazı və sahibi olan Georgios Papaioannu Cordan və qonaqlar üçün xüsusi Yunan menyusu hazırlayıb. Yeməkdən məmnun qalan Cordan restoran heyətinə jest olaraq 10 min avro buraxıb. Bəxşişi görən işçilər bunun zarafat olduğunu zənn etsələr də, səxavətli jestin gerçək olduğunu anlayanda heyrətlərini gizlədə bilməyiblər.
Cordan yeməkdən sonra çıxışında Yunanıstanı "əfsanələrin yurdu" adlandırıb və bu ölkənin onun markası üçün ilham mənbəyi olduğunu bildirib.
Xəbərin "Tik-tok" versiyası üçün kliklə
© Copyright 2025, All Rights Reserved