Maykl Kerrik rekorda çatdı
1 mart 2026-cı ildə “Mançester Yunayted” Premyer Liqanın 28-ci turunda öz meydanında “Kristal Pelas” üzərində gərgin keçən oyunda 2:1 hesablı qələbəsi ilə baş məşqçi Maykl Kerrik ən yaxşı startı təkrarlayıb.
90plus.az xəbər verir ki, “Qırmızı şeytanlar”ın baş məşqçisi Maykl Kerrik üçün bu qarşılaşma İngiltərə çempionatının yüksək liqasında baş məşqçi kimi karyerasında doqquzuncu oyun olub.
Cari mövsümdə 44 yaşlı ingiltərəli mütəxəssis mankunianları Premyer Liqada yeddi oyuna çıxarıb. Bundan əlavə, o, 2021/22 mövsümündə iki görüşdə komandanı müvəqqəti baş məşqçi kimi idarə edib.
Bu iki dövr ərzində “Mançester Yunayted” Kerrikin rəhbərliyi altında keçirdiyi doqquz oyunun yeddisində qalib gəlib, ikisində isə heç-heçə edib.
Beləliklə, “qırmızı şeytanlar” Kerrikin Premyer Liqadakı ilk doqquz oyununda 23 xal toplayıblar ki, bu da turnirin tarixində ən yaxşı start göstəricisinin təkrarıdır.
Buna qədər yalnız avstraliyalı mütəxəssis Anje Postekoqlu 2023/24 mövsümündə “Tottenhem Hotspur”un sükanı arxasında Premyer Liqadakı ilk doqquz oyununda 23 xal toplamışdı.
© Copyright 2026, All Rights Reserved