Maykl Şumaxer 13 ildən sonra "dirildi"
Maykl Şumaxer 13 ildən sonra yataqdan qalxdı – Son vəziyyət açıqlanıb.
90plus.az xəbər verir ki, 29 dekabr 2013-cü ildə Fransız Alp dağlarında buz üstündə sürüşərkən təhlükəli bir pistdən kənara çıxaraq başını daşa çarpan və o gündən bəri yatağa bağlı müalicə alan dünyaca məşhur Formula 1 pilotu Maykl Şumaxerin sağlamlığı ilə bağlı son dəqiqə xəbəri gəldi.
Daily Mail-in məlumatına görə, 13 ildir yataq vəziyyətində olan Şumaxer artıq yatağa bağlı deyil. 57 yaşlı pilot indi əlil arabasında hərəkət edə bilir və Mayorkadakı malikanəsində və Cenevrə Gölü sahilində dolaşa bilir.
Ailəsi qəza sonrası diqqətdən uzaq qalmaq üçün təxminən 55 milyon avroya Mayorkada bir malikanə almışdı. Gizliliyə böyük önəm verən Şumaxer ailəsi 13 il boyunca əfsanəvi pilotu gözlərdən və kameralardan uzaq saxlamağı bacardı. Yavaş gedən müalicə prosesindən sonra Şumaxer nəhayət yataqdan çıxa bildi.
© Copyright 2026, All Rights Reserved