Mbappe: “Bazargünkü xüsusi bir matçdır”
Mbappe: “Biz sadəcə oynamaq yox, qazanmaq istəyirik”.
90plus.az xəbər verir ki, “Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe qarşıdakı “Barselona” ilə “El-Klasiko”dan öncə klubun azarkeşlərinə səslənib.
Fransalı futbolçu matçın əhəmiyyətini vurğulayıb:
“Bazar günü xüsusi bir matçdır. Ümid edirik ki, azarkeşlər bizimlə olacaq və bizə tam dəstək verəcəklər. Bu matçın əhəmiyyətini başa düşürük və ümid edirik ki, bazar günü bizim üçün əla bir gün olacaq. Biz sadəcə oynamaq istəmirik, qazanmaq istəyirik.”
Qeyd: “Real Madrid” – “Barselona” qarşılaşması 26 noyabr saat 19:15-də start götürəcək.
© Copyright 2025, All Rights Reserved