Mbappe Mişel Platiniyə çatdı

"Real Madrid"in hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.
90plus.az xəbər verir ki, 26 yaşlı forvard bunu La Liqanın "Rayo Valyekano" ilə keçirilən matçında (2:1) fərqlənməklə bacarıb.
Kilian "Real Madrid"dəki debüt mövsümündə vurduğu qolların sayını 29-a çatdırıb.
Bununla da o, istənilən klubda ilk mövsümündə 29 və ya daha çox qol vuran ilk fransız futbolçu kimi tarixə düşüb.
Əvvəlki rekord keçmiş hücumçu Mişel Platiniyə məxsus idi. O, 1982/1983 mövsümündə "Yuventus" forması ilə 28 dəfə rəqib qapılarına yol tapmışdı.
Qeyd: Mbappe ötən yay transfer pəncərəsi zamanı "Real Madrid"ə keçərək, klubla 2029-cu ilə qədər müqavilə bağlayıb. Hazırkı anlaşma 2029-cu ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved