Mbappedən "Real Madrid" azarkeşlərinə şad xəbər
Fransa yığmasının və "Real Madrid"in hücumçusu Kilian Mbappe zədəsini bərpa edib.
90plus.az xəbər verir ki, 26 yaşlı forvard artıq Madrid klubunun heyətində məşqlərə başlayıb. Məlumata görə, futbolçu meydana çıxmağa tam hazır vəziyyətdədir.
Xatırlatma: Mbappe Fransa millisi ilə 2026-cı dünya çempionatının seçmə mərhələsində Azərbaycanla keçirilən qarşılaşmada (3:0) yüngül zədə almışdı.
Ulduz futbolçu cari mövsümdə indiyədək 10 matçda forma geyinib, 14 dəfə rəqib qapısına yol tapıb və 2 qol ötürməsi edib.
© Copyright 2025, All Rights Reserved