Mbappenin anası: "Kilianın sevgilisi yoxdur, çünki həyatı xaos içindədir"

"Real Madrid"in və Fransa millisinin ulduzu Kilian Mbappe bu mövsüm parlaq çıxışları ilə gündəmdədir.
90plus.az xəbər verir ki, həm klubda, həm də yığmada ardıcıl qollarla yadda qalan hücumçu meydanda liderliyini daha da gücləndirir.
Lakin onun şəxsi həyatı ilə bağlı suallar açıq qalır. Dünyanın ən tanınmış futbolçularından biri olmasına baxmayaraq, Mbappe hələ də sevgili münasibəti yaşamır.
Mbappenin anası bu barədə verdiyi açıqlamada oğlunun münasibətə hazır olmadığını bildirib:
"Kilianın meydandan kənarda şəxsi həyatı yoxdur. Ondan soruşdum ki, sevgili istəmirsən? Cavabı belə oldu: 'Belə xaosun içində bir qadını təsəvvür edə bilirsən?'"
Hazırda futbolçunun bütün diqqəti yalnız performansına yönəlib. Qalmaqallardan uzaq duran ulduz, "Real Madrid"dəki mövqeyini gücləndirmək və Fransa millisində liderliyini davam etdirmək niyyətindədir.
Xatırlatma: Mbappe bu mövsüm "Real Madrid" forması ilə artıq bir neçə vacib qol vurub və komandada əsas fiqurlardan birinə çevrilib. Onun adının "Qızıl top" üçün namizədlər sırasında yer alacağı da gözlənilir.
© Copyright 2025, All Rights Reserved