MDB Oyunları: İlk qızıl medalımızı aldıq

Azərbaycan 3-cü MDB Oyunlarında ilk qızıl medalını qazandı.
90plus.az xəbər verir ki, III MDB Oyunlarında Azərbaycan millisinin hesabına ilk qızıl medal yazılıb.
63 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu Ziya Həsənli finalda Rusiya təmsilçisi Egor Lakinyı məğlub edərək qalib gəlib.
Bu nəticə ilə Həsənli ölkəmizin ev sahibliyi etdiyi turnirdə Azərbaycan yığmasına ilk qızıl medalı qazandırıb.
© Copyright 2025, All Rights Reserved