MDB Oyunları: Millimiz gümüş qazandı
Gəncədə 3x3 basketbol turnirinə yekun vurulub 🏀
90plus.az xəbər verir ki, III MDB Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları bu gün Gəncədə sona çatıb.
Qızlar komandası (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını 22:10 hesabı ilə məğlub edərək finala yüksəlib. Lakin finalda Rusiya komandası ilə qarşılaşmada 13:19 hesabı ilə uduzan millimiz gümüş medala sahib olub. Turnirin üçüncülük oyununda isə Belarus komandası podiumun son pilləsini tutub.
Oğlanlar komandası (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə 13:16 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda keçirilən görüşdə isə Özbəkistan yığmasına 15:16 uduzan komandamız turniri dördüncü pillədə tamamlayıb.
Turnirin qalibi isə hər iki komandaya qalib gələn Rusiya yığması olub.
🏀 Azərbaycan basketbolu qızların gümüş uğuru ilə yadda qaldı!
© Copyright 2026, All Rights Reserved