Meksikada futbolçunun qatili 1 il sonra tapıldı

90plus.az xəbər verir ki, Meksikada keçirilən 7 nəfərlik futzal matçı zamanı 16 yaşlı futbolçu Luis Torres öldürülüb. Hadisənin baş verməsindən təxminən 1 il sonra, 25 yaşlı həmkarı Moises Pulido şübhəli şəxs kimi həbs edilib.
2024-cü ilin sentyabr ayında yaşanan insidentdə Pulido, Torresin etdiyi faul sonrası ona dəfələrlə yumruq zərbələri endirib. Zərbələrdən sonra Luis Torres başının arxa hissəsinə aldığı zərbə nəticəsində yerə yıxılıb və hadisə yerinə təcili yardım gəlməmişdən əvvəl həyatını itirib.
“The Sun” qəzetinin məlumatına görə, 10 oktyabr 2025-ci ildə Pulidoya qarşı həbs qərarı çıxarılıb və o, polis tərəfindən saxlanılıb.
© Copyright 2025, All Rights Reserved