Memfis Depay “Cim Bom”a!
"Qalatasaray" sonuncu klubu "Atletiko Madrid" olan, indi azad agent qalan Memfis Depayı transfer etməyə çalışır.
90plus.az xəbər verir ki, hollandiyalı futbolçu bonuslar istisna olmaqla, 5 milyon avro xalis illik maaş tələb edir. Danışıqlar davam edir.
Memfis Depay "İnter"ə də təklif olunub. “İnter” hücum xəttində boşluq yarada bilsə, futbolçu ilə maraqlanacaq.
Qeyd: Hücumçu ötən mövsüm "Atletiko"da 31 oyuna 9 qol vurub. Avro-2024-də isə Niderland millisi ilə 6 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: La Gazzetta dello Sport
© Copyright 2026, All Rights Reserved