“Mendeş Yamalı Azərbaycana göndərdi”
“The FIFA Feed” səhifəsindən Nuno Mendeşə tərif dolu zarafat: “Mendeş Yamalı Azərbaycana göndərdi”.
90plus.az xəbər verir ki, UEFA Millətlər Liqasının finalında İspaniyaya qarşı möhtəşəm oyun nümayiş etdirən Nuno Mendeş sosial şəbəkələrdə də gündəmdədir. 500 mindən çox izləyicisi olan məşhur futbol səhifəsi “The FIFA Feed” Portuqaliya yığmasının müdafiəçisini yumoristik şəkildə tərifləyib.
Səhifənin paylaşımında deyilir: “Mendeş Yamalı Azərbaycana göndərdi” – bu ifadə Mendeşin, xüsusilə gənc ulduz Lamine Yamal qarşısında sərgilədiyi əla müdafiə performansına eyham vurur. Oyunun 120 dəqiqəsi ərzində rəqibinə heç bir driblinq imkanı verməyən "Pari Sen-Jermen" oyunçusu həm qol vuraraq, həm də penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına çempionluq qazandırdı.
Sosial mediada qısa zamanda geniş yayılan bu paylaşım həm futbol azarkeşləri, həm də yumor sevərlər tərəfindən böyük maraqla qarşılanıb. Nuno Mendeş isə bu performansla həm meydanda, həm də sosial mediada adından söz etdirməyə davam edir...
© Copyright 2026, All Rights Reserved