Merih Demiral “Al Ahli”də qaldı
Türkiyə millisinin müdafiəçisi Merih Demiral “Al Ahli” ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
90plus.az xəbər verir ki, Merih Demiral “Al Ahli”də qalır – müqavilə 2029-a qədər uzadıldı.
Səudiyyə Ərəbistanı təmsilçisi bu gün rəsmi olaraq 27 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayına qədər yeni sözləşmə bağlandığını açıqlayıb.
Bu addım klubun gələcək planlarında Demirala nə qədər önəm verdiyini göstərir.
Xatırlatma: əvvəlki müqaviləsi 2026-cı ildə başa çatacaqdı və bir sıra Avropa klubları oyunçunu azad agent kimi heyətinə qatmaq üçün prosesi izləyirdi.
Fabrizio Romano da məlumatı təsdiqləyib və bildirib ki, bütün detallar razılaşdırılıb, sənəd imzalanıb: “Demiral qalır.”
Karyera və cari mövsüm
"Sportinq", “Alanyaspor”, “Sassuolo”, “Yuventus” və “Atalanta” kimi klublarda çıxış etmiş Demiral 2023-cü ildə “Al Ahli”yə keçib.
Bu mövsüm Səudiyyə Ərəbistanı klubunda 16 matça çıxan təcrübəli stoper 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved