Merih Demiral “Al Ahli”ni seçdi

Mərih Demiral bu yay “Al Ahli”də qalmaq niyyətindədir.
90plus.az xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi Mərih Demiral bu yay “Al Ahli”dən ayrılmaq fikrində deyil. Transfer eksperti Fabrizio Romanonun məlumatına görə, futbolçuya Avropadan ilkin təkliflər gəlsə də, o, Səudiyyə Ərəbistanı klubunda qalmağa qərarlıdır.
Demiralın vəziyyəti ilə “Fənərbağça” və “Atletiko Madrid” yaxından maraqlanıblar. Hər iki klub onun transfer ehtimalını nəzərdən keçirib. Buna baxmayaraq, hazırkı mərhələdə 26 yaşlı müdafiəçinin “Al Ahli”də qalıb müqaviləsinin şərtlərini yerinə yetirəcəyi gözlənilir.
Qeyd: Demiral 2023-cü ilin yayında “Atalanta”dan “Al Ahli”yə transfer olunmuşdu.
© Copyright 2025, All Rights Reserved