Messi ABŞ Prezidentinin dəvətini qəbul etmədi

"İnter Mayami"nin futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən təqdim edilən "Azadlıq medalı" ilə təltif olunma mərasiminə iştirak etməyib.
90plus.az xəbər verir ki, Messi Ağ Evdə baş tutan rəsmi tədbirə qatıla bilməyib. Argentinalı ulduz futbolçu bu barədə tədbir təşkilatçılarına göndərdiyi məktubda səbəbini açıqlayıb. O, işinin çoxluğunu əsas gətirərək mərasimə gələ bilmədiyini bildirib.
Qeyd: "Azadlıq medalı" ABŞ Prezidentinin təqdim etdiyi ən yüksək mülki təltifdir. Bu medal, Amerika Birləşmiş Ştatlarının inkişafına, qlobal sülhə və ya əhəmiyyətli ictimai və ya şəxsi təşəbbüslərə dəyərli töhfələr verən şəxslərə verilir.
© Copyright 2025, All Rights Reserved