Messi: "Barselonaya dönməyi planlayırıq"
“Barselonaya dönməyi planlaşdırırıq. Uşaqlar, yoldaşım, hamımız Barselona üçün çox darıxırıq".
90plus.az xəbər verir ki, bu sözləri "Barselona " klubunun sabiq üzvü Lionel Messi deyib:
"Orada hələ də dostlarımız var, çox şey var. Övladlarım katalonlardır. Mən bütün həyatım boyu Barselonada yaşamışam, özümü Barselonalı kimi hiss edirəm və bu şəhər üçün çox darıxıram. Bundan sonra nə olacağını heç vaxt bilmirsiniz, amma bizim məqsədimiz Barselonada yaşamaqdır, çünki bura bizim evimizdir”.
Qeyd: Messi 2021-2022 mövsümünün əvvəlində "Barselona"dan PSJ-ə keçmişdi.
© Copyright 2026, All Rights Reserved