Messi "İnter Mayami" barədə qərarını verdi - Daha 3 il...
90plus.az xəbər verir ki, ABŞ-ın MLS təmsilçisi "İnter Mayami" argentinalı ulduz Lionel Messinin müqaviləsinin uzadıldığını rəsmən elan edib. Klubun sosial şəbəkə hesablarında yayılan açıqlamada bildirilib ki, dünya futbolunun əfsanəsi ilə yeni 3 illik müqavilə imzalanıb.
Lionel Messi 2023-cü ildəPSJ klubundan ayrıldıqdan sonra "İnter Mayami"yə transfer olunmuşdu. Onun əvvəlki müqaviləsi 2025-ci ilin sonunda başa çatmalı idi, lakin tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Argentinalı hücumçu MLS-də keçirdiyi mövsümdə parlaq çıxışı ilə yadda qalıb – o, 2023/24 mövsümünün ən yaxşı futbolçusu seçilib və eyni zamanda bombardir titulunu qazanıb. Messi "İnter Mayami" forması ilə indiyədək 82 oyuna çıxaraq 71 qol vurub və 37 qol ötürməsi edib.
Ulduz futbolçu klubla birlikdə MLS Supporters’ Shield və Liqa Kuboku kimi titulları da qazanıb. Yeni müqavilə ilə Messi ən azı 3 mövsüm də MLS-də çıxış edəcək.
© Copyright 2025, All Rights Reserved