Messi meksikalılara söz atdı, Adolfo cavab verdi

Bir neçə gün öncə Messinin yoldaşlıq matçında meksikalı azarkeşlərin əsəbləri ilə oynaması müzakirələrə yol açıb.
90plus.az xəbər verir ki, Meksikada yerli komanda "Klub Amerika" öz meydanında ABŞ-ın "İnter Mayami" klubunu qəbul edib. Görüşdə yerli azarkeşlər qonaqların hücumçusu Lionel Messini fitə basiblar. Bundan hiddətlənən Messi azarkeşlərə, "Susun. Sizin neçə Dünya çempionluğunuz var? Mənim ölkəmin 3 dənəsi var", deyə cavab verib.
https://t.me/doxsanplus/96429
Bundan sonra Meksika millisinin sabiq futbolçusu Adolfo Bautista dünən öz İnstagram səhifəsində Messiyə cavab verib. O, Messi ilə şəkilini paylaşaraq bunları deyib:
"Sənə futbolçu kimi həmişə heyran olmuşam. Amma mənim ölkəmə göstərdiyin hörmətsizlik qeyri-peşəkarlıqdan başqa bir şey deyil".
Həmin paylaşımı təqdim edirik:
© Copyright 2025, All Rights Reserved