Messi: "Parisdə keçirdiyim günlər xoş deyildi"

Messi PSJ günlərindən danışdı.
90plus.az xəbər verir ki, Argentina millisinin və hazırda "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi "Paris Sen-Jermen"də keçirdiyi iki il haqqında danışıb. O, Fransada olduğu müddətdə çətinlik çəkdiyini etiraf edib.
Messi verdiyi açıqlamada bildirib ki, "Barselona"dan ayrıldıqdan sonra "Paris Sen-Jermen"də oynamaq onun üçün asan olmayıb:
"Paris təcrübəm mənim üçün çətin oldu. Burada iki il keçirtdim, amma bu müddət ərzində özümü tam xoşbəxt hiss etmədim. Ailəmlə birlikdə yeni mühitə uyğunlaşmaq çətin idi."
Xatırlatma: Lionel Messi 2021-ci ildə "Barselona"nı tərk edərək PSJ-yə keçmişdi. O, iki mövsüm ərzində Paris klubunun heyətində Fransa çempionluğunu qazansa da, xüsusilə azarkeşlər tərəfindən tez-tez tənqid olunurdu. 2023-cü ilin yayında isə ulduz futbolçu MLS təmsilçisi "İnter Mayami"yə transfer olundu.
Messi yeni klubunda daha rahat hiss etdiyini və futbol oynamaqdan yenidən zövq aldığını vurğulayıb.
© Copyright 2025, All Rights Reserved