Messi "Qalatasaray"a gəlirmi? Prezidenti açıqladı
“Qalatasaray” prezidenti Dursun Özbek Lionel Messi iddialarına münasibət bildirib.
90plus.az xəbər verir ki, o, yerli mətbuata bu haqda açıqlama verib:
“Qalatasaray” elə bir səviyyəyə çatıb ki, artıq bu tip danışıqlar belə mümkündür. Biz planı çox yüksəyə qaldırmışıq. Üç mövsümdür ardıcıl çempion olan komandanın əsas heyətini qorumağı bacardıq. Bütün addımlarımız maliyyə imkanlarımız çərçivəsindədir. Elə buna görədir ki, indi bizdən Messi haqqında soruşurlar”.
Qeyd: Lionel Messinin 4 aylıq "Qalatasaray"a icarəsi haqqında şaiyələr dolaşır.
© Copyright 2026, All Rights Reserved