Messi Rodrigesin əlini sıxmadı: “Çox danışırsan”

Messi Kolumbiya millisinin ulduzu Xames Rodrigesin cavabını verib. "Kopa Amerika" açıqlamaları Rodrigesin başına bəla oldu!
90plus.az xəbər verir ki, 1 ay əvvəl verdiyi müsahibədə Kolumbiya yığmasının ulduzu Xames Rodriges 2021 Copa America finalında Argentina yığmasının qalibiyyətini “xarici amillərlə” əlaqələndirmiş və hakimin Argentinaya kömək etdiyini iddia etmişdi.
Lakin dünən gecə keçirilən Argentina – Kolumbiya qarşılaşması bu açıqlamaların əks-sədası ilə yadda qaldı. Matçdan əvvəl Lionel Messi Rodrigesin əlini sıxmaqdan imtina etdi. Gərgin atmosfer meydanda da öz əksini tapdı.
Oyun zamanı Messi Xamesə birbaşa cavab verdi:
“Copa America finalında bizə kömək etdiklərini dedin, çox danışırsan.”
[Qeyd: Sitata görə mənbə – Fabrizio Romano]
Qarşılaşma 1:1 hesabı ilə başa çatdı, lakin oyun nəticəsindən çox futbolçular arasında yaşanan bu söz atışması müzakirə mövzusuna çevrildi.
© Copyright 2025, All Rights Reserved