Messi: "Ronaldo ilə rəqabətimiz əbədiyyən tarixdə qalacaq"
Lionel Messi Kristiano Ronaldo ilə rəqabəti və övladları barədə danışıb.
90plus.az xəbər verir ki, Argentinalı futbolçu yerli mətbuata maraqlı açıqlamalar verib:
”Kristiano “Real Madrid”də oynadığı vaxt La Liqada çempionluq xüsusi sayılırdı. Buna səbəb aramızdakı güclü rəqabət idi.
Övladlarım məni və Ronaldonu müzakirə etmirlər. Onlar heç bir futbolçuya oxşamağa çalışmasalar da, bir çoxunu izləyirlər. Mbappe, Vinisius, Haaland, Levandovski və Yamal haqda tez-tez danışırlar.
Oğlum Thiago daha düşüncəlidir. O, oyun qurucusudur. Mateo hücumçudur, qol vurmaq çox xoşuna gəlir. Ciro isə daha çılğındır, hücum etməyi və təkbətək mübarizələri sevir. Futbol planında bir-birindən çox fərqlənirlər. Onlardan hansınısa xüsusi qeyd edə bilmərəm, çünki digərləri inciyəcəklər. Bütün açıqlamalarımı izləyirlər".
© Copyright 2025, All Rights Reserved