Messi xəstəliyə yoluxub
Argentinalı ulduz Leo Messi qripə bənzər xəstəliyə yoluxduğuna görə hələ də yaşıl meydanlara qayıda bilmir.
90plus.az xəbər verir ki, bu səbəbdən Messi məşqdə iştirak etməyib. O, ABŞ klubunun növbəti 2 oyunundan birində yaşıl meydanlara qayıdacaq. "İnter Mayami" sentyabrın 15-də "Filadelfiya", sentyabrın 19-da isə "Atlanta" ilə üz-üzə gələcək.
Qeyd: Lionel Messi iyulun 15-də keçirilən Amerika kubokunun finalında topuğundan zədələnib, o vaxtdan bəri oyunlara çıxmayıb.
© Copyright 2026, All Rights Reserved