Messini Ərəblər transfer etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klubu Argentina yığmasının kapitanı Lionel Messini transfer etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, ərəb klubu artıq Messi üçün addım atmağa başlayıb.
Onlar 2025-ci il dekabrın 31-də “İnter Mayami” ilə müqaviləsi başa çatacaq ulduz futbolçuya arzuladığı maaşı təklif etməyə hazırdırlar. Messi isə bu təklifi dəyərləndirmək üçün klub rəhbərliyindən düşünmək üçün vaxt istəyib.
Qeyd: Hazırda “Əl-Qadsiya”nın heyətində Naço Fernandes, Yulian Veyql, Mateo Reteqi və Koen Kasteels kimi tanınmış futbolçular yer alır.
© Copyright 2025, All Rights Reserved