Messinin ən sevimli qolu sənət əsərinə çevriləcək

Argentinalı futbol ulduzu Lionel Messinin ən sevdiyi qolu sənət əsərinə çevriləcək.
90plus.az xəbər verir ki, 37 yaşlı forvard "A Goal in Life" layihəsinə əsasən bu addımın atılacağını deyib.
Messi seçdiyi qolu türk dizayner Rafik Anadol əsərə çevricək. Bu əsər isə "Christie`s" hərrac evində satışa çıxarılacaq.
Messinin seçdiyi qol mayın 22-də "İnter Mayami"nin sosial şəbəkə hesablarında da paylaşılacaq. Əsər üçün toplanan pul Latın Amerikasındakı və Karib hövzəsindəki 5 ölkədə yaşayan uşaqlara ayrılacaq.
Messi açıqlamasına sevimli qolunu seçməyin asan olmayacağını söyləyib.
© Copyright 2025, All Rights Reserved