Messinin oğlu ilk matçına çıxdı

Lionel Messinin oğlu Tiaqo Messi karyerasında ilk matçına "İnter Mayami" forması ilə çıxdı.
90plus.az xəbər verir ki, Lionel Messinin oğlu Tiago Messi, Argentinanın Rosario şəhərində təşkil olunan "Nyuells Kuboku" adlı turnirdə meydana çıxaraq futbol karyerasına ilk addımını atıb. Cəmi 12 yaşında olan Tiago, "İnter Mayami"nin U13 komandasının heyətində 10 nömrəli formanı geyinərək diqqətləri öz üzərinə çəkib.
Turnirin açılış matçında "İnter Mayami", "Nyuells Old Boyz" komandasına qarşı mübarizə aparıb. Tiago Messinin oynadığı komanda çətin keçən matçı 1:0 hesabı ilə məğlubiyyətlə başa vurub. Kiçik Messi ilk hissədə təsirli oyun sərgiləsə də, ikinci hissənin ortalarında yerini başqa bir oyunçuya verib.
© Copyright 2025, All Rights Reserved