Messiyə Amerika Prezidentindən medal
Messiyə Bayden tərəfindən medal veriləcək.
90plus.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden ölkənin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messini "Azadlıq" medalı ilə təltif edəcək.
Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı, digər rəsmi şəxslər də mükafatlandırılacaqlar.
ABŞ Prezidentinin "Azadlıq" medalı dövlət başçısı tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.
Qeyd: Amerikada yeni prezident Donald Tramp səlahiyyətlərinə fevral ayından başlayacaq.
Mənbə: ESPN
© Copyright 2025, All Rights Reserved