Messiyə Hindistanda 1,1 milyonluq saat hədiyyə verildi
Lionel Messi Hindistandakı səfəri zamanı 1,1 milyon dollarlıq ultra-nadir saatla diqqət çəkdi.
90plus.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi Hindistana etdiyi ilk rəsmi tur çərçivəsində Kamnagar şəhərində yerləşən vəhşi təbiətin xilas edilməsi, reabilitasiyası və qorunması mərkəzi olan Vantaranı ziyarət edib.
MSN nəşrinin yaydığı məlumata görə, argentinalı ulduz futbolçu səfər zamanı qolundakı olduqca bahalı və nadir saatla diqqət mərkəzinə düşüb. Söhbət dünyaca məşhur “Richard Mille RM 003-V2 GMT Tourbillon – Asia Edition” modelindən gedir. Qara karbon korpusa malik bu saat skeletləşdirilmiş dizaynı, mexanizmi və funksiyası ilə seçilir.
Saat həvəskarlarının məlumatına əsasən, sözügedən modeldən dünyada cəmi 12 ədəd istehsal olunub. Bu saatın qiyməti təxminən 1 170 000 dollar olaraq göstərilir.
Məlumata görə, Lionel Messiyə bu ultra-nadir saatı Hindistanın ən varlı iş adamlarından biri olan Anant Ambani Vantara ziyarətindən sonra hədiyyə edib. Maraqlıdır ki, Messi Hindistana ilk gəlişi zamanı saat taxmayıb, lakin görüşün gedişində bu model qolunda görünüb.
Qeyd: Bu eksklüziv “Richard Mille” saatına sahib olan digər məşhur şəxslər arasında Formula 1 pilotu Şumaxer də var.
Xatırlatma: Lionel Messi Hindistandakı səfəri çərçivəsində Mumbay, Yeni Dehli, Heydərabad və Kəlküttə şəhərlərində də olub.
© Copyright 2025, All Rights Reserved