Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində çempion oldu
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Özbəkistanda keçirilən “UzChess Cup” beynəlxalq turnirində vaxtından əvvəl çempionluğu rəsmiləşdirib.
90plus.az xəbər verir ki, yarışın “Challenge” kateqoriyasında mübarizə aparan ölkə çempionu ilk yeddi turda bütün görüşlərdən qalib ayrılaraq maksimum nəticəyə imza atıb. Hesabında 7 xal olan Muradlı son turun nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olub.
Azərbaycanlı qrossmeyster sabah keçiriləcək yekun turda ev sahibi ölkənin təmsilçisi Jakhongir Vaxidovla üz-üzə gələcək. Lakin bu qarşılaşma turnir cədvəlində liderin mövqeyinə təsir etməyəcək.
Beləliklə, Məhəmməd Muradlı yarışın başa çatmasına bir tur qalmış “Challenge” bölməsinin qalibi adını qazanıb.
© Copyright 2026, All Rights Reserved