Mikel Artera Emerinin hərəkəti haqda: “Mənim üçün fərq eləmir”
"Arsenal" möhtəşəm qələbə ilə ili başa vurdu: 4-1 Aston Villa! "Topçular"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 19-cu turunda Aston Villa üzərində bu qələbəni şərh edib.
90plus.az xəbər verir ki, 43 yaşlı ispan mütəxəssis sevincini belə ifadə edib:
“Əla bir axşam idi. Çox çətin oyun gözlədiyimiz kimi keçdi. Rəqibimiz çox güclüdür. İlk 10 dəqiqədə bir qədər qərarsız oynadıq və uyğunlaşmalı olduq. Amma rəqibin də haqqını verməliyik – iki dəfə pressimizi yarıb hücumlar qurmağı bacardılar, bu, onların çox təhlükəli tərəfidir. Bundan sonra təşəbbüsü ələ aldıq və fürsətlər yaratmağa başladıq.
İkinci hissəyə möhtəşəm başladıq, daha aktiv olduq və etdiyimiz hər şeydə effektiv idik. Çox diqqətli olmalı və nə vaxt və nə edəcəyimizi düzgün seçməli idik. Bu, oyunçularımın böyük xidmətidir, çünki bu komandaya qarşı oynamaq asan deyil.
Son həftələrdə çox fürsətlər yaratmışıq, amma bu gün fərqli idi. Digər oyunlarda qələbə üçün qol qazanmağa çalışmalıydıq, amma bu gün başa vurma keyfiyyətimiz möhtəşəm idi və oyunun nəticəsini müəyyən etdi.
Bu gün Qabrielin bizim üçün nə qədər vacib olduğunu gördük. Altı həftə sonra geri qayıtdı, baxmayaraq ki, yəqin ki, səkkiz həftədən sonra dönməli idi. Ole Uotkins kimi çətin müdafiə olunan hücumçunu soyuqqanlılıqla qarşıladı. Məncə, möhtəşəm oynadı,” – deyə Arteta qeyd edib.
"Aston Villa"nın baş məşqçisi Unai Emerinin oyundan sonra dərhal soyunma otağına daxil olmasına, əl sıxmamasına Arteta belə şərh edib: “Problem deyil. Bəzən belə vəziyyətlərlə üzləşirik, mənim üçün fərqi yoxdur,” – Sky Sports-a belə deyib.
© Copyright 2026, All Rights Reserved